Prezident ölkəsində İslamı qadağan etdi
994 dəfə baxılıb
Anqola höküməti ölkədə rəsmi olaraq İslam dinini qadağan edib. Bununla da Anqola Respublikası dünyada məscidlərin olmayacağı yeganə dövlət olacaq.
“Sələf Xəbər” Oxu.az-a istinadən xəbər verir ki, ölkə prezidenti Joze Eduardu duş Santuş vəziyyəti belə şərh edib:
“Bu, İslamın ölkəmizə göstərdiyi təsirinə son qoyacaq”.
Mədəniyyət naziri Roza Kruz Silva isə bildirib ki, respublikada İslamın rəsmiləşdirilməsi prosesi Ədalət və İnsan Haqları nazirliyi tərəfindən təsdiq edilməyib və ölkədəki bütün məscidlər növbəti sərəncama qədər bağlanacaq.
Nazir qeyd edib ki, İslam dininin qadağan edilməsi, onun Anqola xalqının mədəniyyətinə və dəyərlərinə zidd olmasıdır.
Anqolanın 16 milyonluq əhalisinin əksəriyyəti xristian dininə ibadət edir.
ABŞ Dövlət Departamentinin məlumatlarına əsasən, bu ölkədə, təxminən 90.000 müsəlman yaşayır və onların əksəriyyəti Qərbi Afrika və Livandan gələn miqrantlardır.
Qeyd edək ki, Anqola prezidenti Joze Eduardu duş Santuş 1963-1969-cu illərdə Bakıda Azərbaycan Neft və Kimya institutunda təhsil alıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Məhz Allaha və Onun Elçisinə qarşı çıxanlar ən zəlil kimsələr arasında olacaqlar. Allah (əzəldən) belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir”. (Qurani-Kərim, “Mucadilə” surəsi, 20,21-ci ayələr)
“Bu, Qüdrətli Rəbbin vədi və təhdididir. Bu təhdid Ona və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) müqavimət göstərənlərə, onlara iman gətirməyənlərə və onların hökmlərinə itaətsizlik göstərənlərə yönəldilmişdir. Onlar alçaldılacaqlar və özlərinə köməkçi tapmayacaqlar. Belə bir son necə də pisdir!
Vəd Rəbbə və Onun Peyğəmbərinə (Allahın ona salavat və salamı olsun), elçilərin yolu ilə gedənlərə və bununla da Allahın firqəsinə daxil olanlara yönəldilmişdir. Bu isə uğur qazanmışların firqəsidir. Onların nəsibi – həm bu dünyada, həm də Axirətdə Allahın köməyi, həmçinin qələbə və zəfərdir. Bu vəd nə pozulmayacaq, nə də dəyişdirilməyəcəkdir. Qüdrətli və Böyük Allah Sadiqdir! Heç bir şey Onun qəbul etdiyi qərarı yerinə yetirməsinə maneə ola bilməz!” (Bax: “Təfsir Əs-Saadi”)