Putin: “İŞİD dünyanın ən əzəmətli dini olan İslamı ləkələyir”
944 dəfə baxılıb
““İraq-Şam İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşması öz cinayətləri ilə İslamın mahiyyətini ləkələyir”.
“Sələf Xəbər” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri BMT Baş Assambleyasının 70-ci sessiyasında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin deyib.
“Rusiya əsas iştirakçıları müsəlman ölkələri olan geniş beynəlxalq anti-terror koalisiyasının yaradılmasını təklif edir. Antihitler koalisiyası kimi, bu koalisiya da şər və insanlara nifrət yayanlara qarşı qətiyyətli müqavimət göstərməyə hazır olan ən müxtəlif qüvvələri öz sıralarında birləşdirə bilər. Və əlbəttə ki, bu koalisiyanın əsas iştirakçıları müsalman ölkələri olmalıdırlar. Çünki İŞİD terror xəvaric qruplaşması onlara birbaşa təhlükə yaratmaqdan əlavə, həmçinin öz qanlı cinayətləri ilə həm də dünyanın ən əzəmətli dini olan İslamı ləkələyir”, – deyərək Putin vurğulayıb.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.