Qərb Ərdoğan və Putin görüşündən narahatdır
828 dəfə baxılıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Rusiyaya rəsmi səfərə gedəcək. Putin-Ərdoğan görüşündə iki ölkə arasında əlaqələrin inkişafı və regionda baş verən hadisələrin müzakirə olunacağı gözlənilir.
Selefxeber.az Axar.az-a istinadən xəbər verir ki, Qərb dairələri sabah baş tutacaq görüşü çox diqqətlə izləyir.
“Faynənşl Tayms”a danışan Karnegi Moskva Mərkəzinin üzvü Aleksey Malaşenko görüşün əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, sabahkı görüş münasibətlərdə dönüş nöqtəsi ola bilər:
“Türkiyə və NATO müttəfiqləri arasında gərginlik Rusiya üçün son dərəcə faydalıdır. Türkiyə çevrilişə cəhddən sonra Rusiyanın verdiyi dəstəkdən çox razıdır. Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın ötən həftə verdiyi açıqlmada, Rusiyanın bu mövzuda çox açıq və dəqiq mövqeyini yüksək qiymətləndirmişdi”.
Digər tərəfdən qəzetə danışan Moskvadakı türk diplomat ABŞ-Türkiyə əlaqələrinin son 50 ildə ən pis dövrünü yaşadığını bildirib.
Proqnozlara gəlincə isə, qəzet Türkiyə-Rusiya yaxınlaşmasının ilk növbədə Yaxın Şərqdəki proseslərə ciddi təsir edəcəyini yazıb:
“Türkiyə Suriya lideri Bəşər Əsədə təzyiqini azaldacaq. Bunun qarşılığında isə Rusiya suriyalı kürdlərə dəstəyini kəsəcək”.
Qəzetə danışan bir avropalı diplomat isə Ərdoğanın Rusiyaya yox, Avropaya ehtiyacı olduğunu deyib:
“Ərdoğan Putinə güvənmədiyini yaxşı bilir. Son üç yüz ildə neçə dəfə türk-rus müharibəsi oldu? Neçəsini türklər qazandı?”.
Sələf Xəbər: Müsəlmanların xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik.