Rus general: “Azərbaycan İŞİD-in siyahısındadır”
İyul 30
16:56
2015
889 dəfə baxılıb
MDB ölkələrinin sərhədlərinə terrorizmdə şübhəli bilinən şəxslərin keçidinin qarşısını almaq üçün daimi nəzarətin aparılması nəzərdə tutulur.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MDB-nin Anti-terror Mərkəzinin rəhbəri general-polkovnik Andrey Novikov söyləyib. Onun sözlərinə görə, İŞİD terror xəvaric qruplaşması öz təsirini artıq bütün MDB-yə yaymağa çalışır:
“Bu daha çox Cənubi Qafqaz, Mərkəzi Asiya və Rusiyanın cənubuna aiddir. İŞİD terror xəvaric qruplaşmasının siyahısında Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiyanın cənub ərazilərinin adları var. Onlar bizim universitetlərə can atırlar. Bizim ümumi məqsədimiz bu fəaliyyətin qarşısını almaqdır”.
Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xavaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.