Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Rus təyyarələri Suriyada hədəfləri “axmaq bomba”larla vurur – FOTOFAKT

Oktyabr 03
15:53 2015

ABŞ Hərbi Hava Qüvvələrinin Kəşfiyyat Qərargah rəisinin müavini General Robert Oto Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib ki, Rus təyyarələri naviqasiya sistemi və ya lazer ilə təchiz edilməyən “dumb bomb” adlı bombalardan istifadə edir.

“Naviqasiya sistemi ilə təchiz edilmiş idarəolunan bombalardan fərqli olaraq bu növ bombalar hədəfə dəqiq zərbə endirmir, əksinə lazım olmayan yerlərə düşərək daha böyük fəsada yol açır, günahsız dinc əhali zərər çəkir”, – deyə general vurğulayıb.

“Sələf Xəbər” alarabiya.net-ə istinadən məlumat verir ki, bu növ bombalardan istifadə etməkdə məqsəd mümkün qədər çox ziyan vurmaq və kütləvi qorxu yaymaqdır. Çünki Rusiya kifayət qədər “ağıllı bomba”lara sahibdir.

Rusların “axmaq bomba”lardan istifadə etməsinin bir neçə əyani sübutu vardır. İlk sübut bombaların dinc əhalinin yaşadığı ərazilərə düşməsidir. Digər sübut Rusiya Müdafiə Nazirliyinin yayımladığı video görüntülərdə bombaların düşdüyü yerlərdir. Xəbərdə gördüyünüz şəkilləri müqayisə etdikdə görünür ki, bombalardan biri boş əraziyə düşür. Əgər atılan bomba “ağıllı” olsaydı heç vaxt boş hədəfə tuşlanmazdı.

📷

cbda955a-90f2-4070-a48c-048225328cea

Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)

Digər xəbərlər