Rusiya hərbi təyyarələri məktəbi vurdu, yenə də uşaqlar öldü – VİDEO
Yanvar 13
17:16
2016
1. 405 dəfə baxılıb
Rus hərbi təyyarələrinin Hələbin Anjara bölgəsindəki bir məktəbə təşkil etdiyi hava hücumu zamanı 12-si uşaq olmaqla 15 adam həyatını itirib.
“Sələf Xəbər”in “Al Jazeera”ya istinadən xəbərinə görə, Suriya İnsan Hüququları Müdafiə Komitəsi hücum zamanı daha 20 nəfərin yaralandığı haqqında məlumat yayıb.
İngiltərə İnsan Hüququları Müdafiə Komitəsinin nümayəndəsi də bildirib ki, Əsəd rejimi ilə müxaliflər arasında güclü döyüşlər getdiyi Anjara bölgəsinə rus hərbi təyyarələri aviazərbələr endiriblər.
Sələf Xəbər: “Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 11-ci ayə)
Uca Allahdan bütövlükdə müsəlman ümmətini, və, xüsusilə, bizim ölkəmizi, bütün ekstremistlərin şərindən qorumasını istəyirik. Amin!