Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

“Rusiya İstanbulda çirkli hiylələr hazırlayacaq”

Yanvar 16
18:20 2016

“Rusiyanın artıq başqa çıxış yolu qalmayıb”.

“Rusiya Donetsk və Luqansk separatçı rejimləri ilə nə edəcəyini bilmir”.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində ukraynalı siyasətçi Roman Bezsmertnı söyləyib. Onun sözlərinə görə, Rusiya strateji səviyyədə bir çox yerlərdə situasiyanı gərginləşdirəcək:

“Moskva Donbasda, Türkiyədə, Dağlıq Qarabağda, Dnestryanıda vəziyyəti gərginləşdirəcək. Onlar həmçinin Köln, Ştutqart, İstanbulda çirkli hiylələr hazırlayacaqlar. Rusiyanın artıq başqa çıxış yolu qalmayıb. Proses məntiqi olaraq onlara situasiyanın gərginləşdirilməsini diktə edəcək. Kreml geri çəkilə bilməyəcək, ümumiyyətlə, onların belə bir şansları da yoxdur. Geriyə atılan ilk addım Putinin siyasi məhvi olacaq”.

Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin”. (Qurani-Kərim, “Əraf” surəsi, 56-cı ayə)
“Yer üzündə Allaha xoş gələn əməllər edilməsi sayəsində qayda-qanun yaradıldıqdan sonra, günah işlədərək, şərəfsizlik yaymayın. Günahlar və itaətsizlik insanı əxlaqdan məhrum edir, xeyirxahlığı heçə endirir və var-dövləti məhv edir. Uca Allah bu barədə belə buyurur:

“İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar”. (Qurani-Kərim, “Rum” surəsi, 41-ci ayə)

Amma Allaha itaət əxlaqı nəcibləşdirir, əməlləri yaxşılaşdırır, həm bu dünyada və həm də ölümdən sonra zənginliyin artmasına səbəb olur”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər