“Rusiya strateji hədəfləri üçün təyyarəni qurban verib”
1. 150 dəfə baxılıb
Rusiya təyyarəsini qəsdən vurdurub.
NATO və Avropa Birliyi rəsmiləri Rusiyanın Su-24 qırıcısını hədəfləri üçün qurban verdiyini bildiriblər.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, diplomatik mənbələr Türkiyənin hava sərhədini pozan Rusiya təyyarəsinin vurulmasının arxa planını müzakirə ediblər.
Əldə edilən məlumata görə, Rusiya strateji hədəfləri üçün bir təyyarəni qurban verib.
Hərbi və diplomatik mənbələr ötən ay Türkiyə sərhədində vurulan Su-24 qırıcısına 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edildiyini, ancaq buna məhəl qoymayan pilotun sərhəd pozuntusuna davam etdiyini bildiriblər.
Adının açıqlanmasını istəməyən hollandiyalı pilotlardan biri Türkiyə Hərbi Hava Qüvvələrinin çağırışını eşitdiklərini, dəfələrlə xəbərdarlıq edildiyini, ancaq rusların bir dəfə də xəbərdarlığa cavab vermədiyini qeyd edib.
Sələf Xəbər: Uca Allah bizə İslam düşmənlərinin hiylələrinə qarşı ən yaxşı mübarizə üsulunu bildirərək deyir: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir.”(Müqəddəs Quran, “Ali İmran” surəsi, 120-ci ayə)
Beləliklə, problemin həlli təqva və səbir göstərməkdədir. Başqa sözlə, Uca Allah müsəlmanlara heç nəyin zərər verməyəcəyini bildirir, çünki müsəlmanlar Uca Allahın bütün vacib hökmlərini yerinə yetirərək və Onun qadağan etdiyi hər bir şeydən çəkinərək öz dinlərinə tam şəkildə etiqad etdiyi halda Allah onlara Öz düşmənlərinə qarşı kömək göstərəcəkdir.Axı fəlakətlərin əksəriyyəti müsəlmanlara məhz onların günahları səbəbindən üz verir.
Uca Allah buyurur: “Siz (onların başına) ikiqat müsibət gətirmiş olduğunuz halda, başınıza bir müsibət gəldiyi zaman: “Bu, haradan gəldi?”– söylədiniz. De ki: “Bu, sizin özünüzdəndir!” Həqiqətən, Allah hər şeyə qadirdir.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 165-ci ayə)“Bu ayə müsəlmanların məğlub olduğu Uhud dağı yaxınlığında gedən döyüşdən sonra nazil olub. Diqqətəlayiqdir ki, müsəlmanların bu döyüşdə məğlubiyyətinin səbəbi oxçular dəstəsinin Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) əmrinə tabe olmamağı oldu. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) oxçulara təpədə qalmağı və müsəlman ordusunun arxa cəbhəsini müdafiə etməyi israrla əmr etmişdi. Müsəlman ordusu düşmən qoşunlarını yardıqda və müşriklər geri çəkilməyə başladıqda, oxçular dəstəsindən bir çoxları, yanlışlıqla artıq döyüşün müsəlmanların xeyrinə başa çatdığını güman edərək, öz mövqelərini tərk etdi və düşmən ordusunu təqib etməyə başladı.
Lakin, düşmən süvari qoşunu müsəlman ordusunun arxa cəbhəsinin müdafiəsiz qaldığını görüb bundan istifadə etdi və dövrə vurub müsəlman ordusunun arxa cəbhəsinə zərbə endirdi. Mühasirəyə düşmüş müsəlman ordusu itki verməyə və geri çəkilməyə başladı, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) isə az qala öldürülmüşdü. Beləliklə, müsəlmanların kiçik bir qrupunun Məhəmməd Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) qarşı bir itaətsizliyi bütün müsəlman ordusunun məğlubiyyətinə gətirib çıxardı.” (Bax “Təfsir İbn Kəsir”).