Rusiyada hakim Quran ayələrini qadağan edib
1. 019 dəfə baxılıb
Rusiyada məhkəmə dini bir kitabda yer alan Quran ayələrini “radikal” adlandıraraq qadağan olunmasına qərar verib.
“Sələf Xəbər” Avropa.infoya istinadən bildirir ki, Rusiyanın Cənubi Saxalin şəhərində məhkəmə bir kitab içərisində yer alan Qurani-Kərim ayələrini “radikal” hesab edərək qadağan edib.
Hakim Natalya Percenko “Allaha duanın mənası və əhəmiyyəti” adlı kitabda Qurani-Kərim ayələrini “ekstremizm” hesab edib. Məhkəmə sədri Aleksandr Çuray isə hakimin qərarında səhvə düşmüş ola biləcəyini deyib.
Hakim Percenkonun bu qərarına ən böyük etiraz isə Çeçenistan Prezidenti Ramzan Kadirovdan gəlib. Kadırov hakimin bu qərarını “ölkədə stabilliyi pozmağa yönəlmiş təşəbbüs və millətə xəyanət” kimi səciyyələndirib.
Şəhər məhkəməsinin sədri Çuray isə çeçen liderə hakimin qərarı ilə bağlı hüquqi yollara müraciət etməyi məsləhət görüb.
Rusiya Müftilər Şurasının həmsədri Nafigulla Aşirov isə bu qərara etiraz etdiklərini, dünyəvi məhkəmələrin səmavi kitabların mətnləri üzərindən qərar verməsinin doğru olmadığını deyib.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir”. (Qurani-Kərim, “Yunus” surəsi, 57-ci ayə)
Uca Allah İslamı alçaltmağa çalışanlar barəsində buyurur: “Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır”. (Qurani-Kərim, “Əhzab” surəsi, 57-ci ayə)