Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Rusiyada Qırmızı məscid bərpa edildi – FOTO

Mart 27
19:53 2015

Rusiyanın Tomsk şəhərində Qırmızı məscidin açılışı bu gün baş tutacaq.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, martın 27-də bu regionda yaşayan müsəlmanlar üçün çox əhəmiyyətli tədbir keçiriləcək. Bu məscid 1904-cü ildə tikilib. 1931-ci ildə bağlanıb. Sonra bina kinozal və içki zavodu kimi istifadə olunub.

Məscid 2003-cü ildə dindarlara qaytarılıb. 2005-ci ilin sonunda isə məsciddə təmir-bərpa işləri başlayıb. Məscidin təmirinə 70 milyon rubl xərclənib. Bərpa işlərinə Əhməd Qədirov adına fond köməklik göstərib.

Qeyd edək ki, Qırmızı məscidin açılışı 2014-cü ildə nəzərdə tutulsa da, müəyyən səbəblərə görə təxirə salınmışdı.

📷

OLYMPUS DIGITAL CAMERA

Sələf Xəbər: Allah məscidlərin tikilməsini, abadlaşdırılmasını və onlara ehtiramla yanaşılmasını buyurmuşdur.
Uca Allah buyurur: “Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər”. (Qurani-Kərim, “Nur” surəsi, 36-cı ayə)

Digər xəbərlər