Rusiyalı politoloq: “Soyqırımı ermənilər azərbaycanlı və türklərə qarşı törədib – VİDEO
1. 083 dəfə baxılıb
“Ermənilər 2,5 milyon türkü öldürüblər”.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə rusiyalı məşhur ictimai xadim Heydər Camal çıxış edib.
Onun sözlərinə görə, Putin hazırda iki seçim qarşısında qalıb:
“Putin İrəvanda saxtalaşdırılmış “erməni soyqırımı”na həsr olunmuş tədbirə getdi. Bundan sonra Ərdoğan Putinin Ermənistana səfərini qətiyyətlə qınadı. Həmin vədə Putin Rusiyanın Türkiyəyə münasibətinin strateji xarakter daşıdığını söyləməyi bacardı. Ankarasız “Mavi axın” mümkün deyil, amma həm də Moskva hazırkı şəraitdə öz azsaylı tərəfdaşlarını atmaq imkanında deyil. Bundan əlavə, hər kəs tərəfindən bilinir ki, soyqırım ermənilər tərəfindən azərbaycanlılar və türklərə qarşı törədilib. Nəticədə 2,5 milyon türk öldürülüb, amma yalnız 500 mindən çox şəxs sənədləşdirilib. Bundan sonra Putin kimin tərəfindədir: Ankaranın, yoxsa İrəvanın?”
Sələf Xəbər: Uca Allah buyurur: “De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də batil puçluğa məhkumdur!” (Qurani-Kərim, “İsra” surəsi, 81-ci ayə)
“Haqq – Allahın Məhəmməd Peyğəmbərə nazil etdiyi vəhylərdir ki, onları açıq təbliğ etməyi buyurmuşdu. Əleyhinə çıxılması mümkün olmayan Haqq ona bəyan edilmişdi və buna görə də yalan itib, yox olmuşdu. Başqa cür ola da bilməzdi, çünki yalan məhvə və yoxluğa məhkumdur. Şübhəsiz ki, bəzən yalan qüvvətlənərək yayılır. Lakin bu, Haqq ona qarşı çıxmadığı zaman baş verir. Haqq gələn kimi, yalan sakitləşib kiriyir və hətta cınqırını belə çıxara bilmir”. (Bax: “Təfsir Əs-Saadi”)