Rusiyaya məxsus təyyarə qəzaya uğrayıb
770 dəfə baxılıb
Misirin Baş Naziri Rusiyaya məxsus 224 nəfər sərnişin daşıyan “Airbus-321” növlü sərnişin təyyarəsinin bu gün, Oktyabr ayının 31 tarixində Misirin Sina əyalətində qəzaya uğraması haqqında məlumat yayıb. Təyyarə “Koqalım Avia” şirkətinə məxsusdur.
“Sələf Xəbər”in rt.com saytına istinadən məlumatına görə Misir hökuməti təyyarənin qəzaya uğraması haqqında rəsmi olaraq bəyanat yaymış və Misirin Baş Naziri Şərif İsmayıl hadisə ilə bağlı bütün səfərlərini təxirə salmışdır.
Rusiya Hava Yollarından bildiriblər ki, təyyarə Moskva vaxtı ilə 6:21-də Misirin Şarmşeyx şəhərindən Sankt-Peterburqa uçmaq üçün havaya qalxmış, 23 dəqiqə sonra təyyarə ilə əlaqə kəsilmişdir.
Hava Yollarının məlumatına görə təyyarədə 217 sərnişin, 7 ekipaj üzvü olub.
Sələf Xəbər: Uca Allah buyurur: “Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!” (Müqəddəs Quran, “Ənbiya” surəsi, 35-ci ayə)
“Ölüm bütün məxluqların nəsibidir. Bu bir piyalədir ki, onu hər kəs, hətta o, uzun ömür yaşasa da belə, içməlidir. Fövqəluca Allah Öz qullarını yerdə xəlq etmişdir, onlara hökmlər və qadağalar nazil etdikdən sonra isə onları xeyir və şərlə, var-dövlət və yoxsulluqla, qüdrət və alçaldılma ilə, həyat və ölümlə imtahana çəkir.
Uca Allah buyurur: “Mülk Əlində Olan nə qədər xeyirxahdır. O hər şeyə qadirdir. Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır!” (Müqəddəs Quran, “Mülk” surəsi, 1-2-ci ayələr). İnsanların bəziləri sınaq zamanı aldanır, digərləri isə qurtuluşa nail olurlar. Sonra isə hər bir insan öz Rəbbinə qayıdır ki, etdiyi əməllərə görə əvəz alsın: yaxşılığa yaxşılıqla, pisliyə də pisliklə. Uca Allah həmçinin buyurur: “Sənin Rəbbin qullara zülm edən deyildir” (Müqəddəs Quran, “Fussilət” surəsi, 46-cı ayələr).
Şərh etdiyimiz bu ayə əməlisaleh mömin bir insan olan Xıdırın bu günə qədər yaşaması və ölümsüz olmasını hesab edənlərin yanıldığına dəlalət edir. Belə iddialar sübutlara əsaslanmır və müqəddəs mətnlərə ziddir. (Bax “Təfsir Əs-Saadi”)