Suriyaya bomba yağdıran rus pilotların adları və şəkilləri yayılıb – VİDEO+FOTO
1. 218 dəfə baxılıb
Alarabiyya saytı Suriyada hərbi uçuşlar həyata keçirən rusiyalı pilotların, mühəndis və heyət üzvlərinin adlarını və şəkillərini əks elətdirən məqalə dərc edib.
Saytın məlumatına görə bu haqda məlumatı Rusiyaya qarşı gizli fəaliyyət göstərən Vikileksə bənzər, İnformNapalm adlı gizli təşkilat paylaşıb. “İnformNapalm”ı 2014-cü ildə Ukrayna hadisələri zamanı rusiyalı fəallar təsis ediblər. Onlar bildirirlər ki, Rusiya KİV-ləri Suriyada baş verənləri həqiqətə uyğun olmayan şəkildə qələmə verir, terrorizmə qarşı mübarizə adı altında dinc insanları qətlə yetirirlər. Bu adamları Rus xalqına qəhrəman kimi təqdim edirlər.
31-dən çox dilə tərcümə edilmiş İnformNapalm saytı Suriyada hərbi hava hücumları həyata keçirən 43 pilot, 14 naviqator və 4 mühəndisin, şəkli, adı və istifadə etdikləri təyyarələr haqqında məlumatları paylaşmışdır.
Saytın məlumatların görə Rus təyyarələri 2015-ci ilin sentyabr ayından, 2016-cı ilin mart ayına qədər olan vaxt ərzində 1984 nəfər dinc sakini qətlə yetirmişdir. Onların 443 nəfəri uşaq, 5-I jurnalist, 286 nəfəri qadın, 11-I həkim, 6-sı xilasedicidir. O cümlədən 47 məscid, 65 məktəb, 25 yaşayış məntəqəsi, 5 qaçqın düşərgəsi, 52 xəstəxana, 2 mədəniyyət mərkəzi dağıdılmışdır. Saytın dediyinə görə bunlar missal olaraq verilmişdir. Reallıqda zərər bundan da çoxdur.
Saytın rəsmi səhifəsindən hücumlarda iştirak edən təyyarələr və pilotları haqda məlumat belə dərc edilmişdir.
Sələf Xəbər: Uca Allah bizə zülm etməyi qadağan etmiş və zülmün cəzasının ağır olduğunu bildirmişdir. “Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (Ənam surəsi: 93).
Səhih hədisdə isə zülmə məruz qalmış məzlumun duasının mütləq qəbul olunması deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üç dua vardır ki, onlar qəbul olunar – məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”. (Buxari rəvayət etmişdir).