Türk ordusu Rusiya qırıcısını vurdu – VİDEO
1. 154 dəfə baxılıb
“Sələf Xəbər” xarici mənbələrə istinadən xəbər verir ki, Türk rəsmilərinin verdiyi məlumata görə Suriya ərazisindən Türkiyə sərhədini pozmuş Rusiyaya məxsus hərbi təyyarə Türk ordusu tərəfindən vurulub.
Mənbənin məlumatına görə xəbərdarlığa məhəl qoymayan “Suxoy 24” tipli təyyarə sərhəd təhlükəsizlik qaydaları əsasında məhv edilmişdir.
Rusiya tərəfi “Suxoy 24” tipli təyyarənin Türk qırıcıları tərəfindən vurulmasını təsdiqləyiblər, amma təyyarənin Türkiyə səmasına daxil olmasını inkar ediblər. Ankara isə təyyarənin sərhədi keçdiyini bildirir.
Rusiya müdafiə nazirliyi bildirib ki, onlar təyyarənin Suriya ərazisindən kənara çıxmadığını isbat edə bilərlər. Təyyarənin pilotları paraşütlə eniblər və onlardan biri Suriya Türkmənlərinin əlindədir. Digər pilot barədə hələlik bir məlumat yoxdur.