Türkiyə çevrilişində ABŞ izi
900 dəfə baxılıb
Türkiyədə baş verən 15 iyul dövlət çevrilişinə cəhd zamanı qiyamçıların xaricdən idarə olunduğu ortaya çıxıb.
Selefxeber.az-ın Axar.az istinadən məlumatına görə Türkiyənin “Yeni Şəfəq” xəbər portalı, qiyamı hazırlayan və idarə edən şəxslər arasında ABŞ Silahlı Qüvvələrinin generalı, Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri (İSAF) komandanı Con F.Kempbellin olması barədə məlumat yayıb.
Hərbi çevrilişə cəhdə qədər gizli şəkildə iki dəfə Türkiyəyə səfər edən general Kempbell həm Ərzurumda, həm də Adanadakı İncirlik bazasında görüşlər keçirib. Eyni zamanda, o, çevriliş zamanı rütbəsindən asılı olaraq zabitlərin atacağı bütün addımları da öncədən müəyyən edib.
2014-cü ildən bəri Əfqanıstanda İSAF komandiri olan və bu ilin mayında təqaüdə çıxan Kempbell türkiyəli generallarla söhbətində çevrilişin uğurlu olacağı təqdirdə Türkiyəyə yenidən gələcəyini deyib.
Qəzetin hərbi qaynaqlardan əldə etdiyi məlumata görə, qardaş ölkədə hərbi çevrilişin maliyyələşməsi də okeanın o tayından idarə olunub. Bu məqsədlə Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) kiçik qrup yaradılıb.
Çevrilişə sayılı günlər qalmış Nigeriyda fəaliyyət göstərən “Yunayted Bank of Afrika” (UBA Bank) şöbəsindən külli miqdarda pul Türkiyəyə göndərilib. Bu pullar ölkə daxilində 80 nəfərdən ibarət qiyamçı qrupa məxsus bank hesablarına köçürülüb.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 120-ci ayə)
“Kafirlərin müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər.” (Bax “Təfsir Əs-Saadi”)