Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türkiyə Rusiya ilə barışır

İyun 17
17:15 2016

Türkiyənin Rusiya ilə münasibətləri normallaşdırmaq üçün atacağı addımlar dəqiqləşib.

Rəsmi Ankaranın hədəfi qarşılıqlı həmlələrlə nəticə əldə etməkdir. Daha tez nəticə əldə etmək üçün isə arada vasitəçi ölkədən istifadə olunmayacaq.

Türkiyənin Rusiya ilə münasibətləri normallaşdırmaq üçün atacağı 9 maddəlik planı belədir:

Bu haqda məlumatı Axar.az Türkiyə iqtidarına yaxın “Yeni Şəfəq” qəzetinə istinadən yayımlayıb.

1. İlk hədəf 15 avqusta qədər münasibətləri normallaşdırmaq, dekabrın 15-nə kimi isə münasibətləri qırıcının vurulmasından öncəki həddə çatdırmaqdır.

2. Dekabra qədər Rusiyada təşkil ediləcək bütün tədbirlərə Türkiyə ən yüksək səviyyədə qatılacaq.

3. Sentyabrın 1-nə qədər böhrandan sonra iki ölkə arasında yaranmış iqtisadi, siyasi, mədəni və sosial zərərlərin həddi müəyyən olunacaq.

4. İki ölkə arasında münasibətləri düzəltmək üçün media və QHT-lərdən istifadə ediləcək.

5. İctimaiyyət diplomatiyasından istifadə olunacaq və qırıcının vurulmasının rus pilotun səhvi olduğu təbliğ ediləcək. Həmçinin SSRİ-nin dağılması ilə Türkiyənin rus xalqının yanında olduğu bildiriləcək. Türkiyənin film sektorunun Rusiyadakı fəaliyyətinə tam dəstək veriləcək.

6. Rusiya və Yaxın Şərq siyasəti bir-birinə uyğunlaşdırılacaq.

7. Münasibətləri normallaşdırmaq üçün işçi qrup yaradılacaq.

8. İş adamlarının yardımlarından istifadə olunacaq.

9. Vasitəçi ölkədən istifadə edilməyəcək. Rəsmi Ankara bu şəkildə münasibətlərin daha sürətlə əvvəlki səviyyəyə çatacağını düşünür.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!

Digər xəbərlər