Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Üsamə bin Ladenin ailəsi təyyarə qəzasında ölüb – VİDEO

Avqust 03
16:57 2015

İngiltərənin cənubunda xüsusi bir təyyarənin avtomobil bazarına düşməsi nəticəsində dörd nəfər dünyasını dəyişib.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, dünyasını dəyişənlərin içində “Əl-Qaidə”nin öldürülmüş lideri Üsamə bin Ladenin də ailə üzvləri olub.

Britaniyadakı Səudiyyə Ərəbistanı səfirliyi məlumatı təsdiqləyib.

Səfir Şahzadə Məhəmməd bin Navaf əl Səud “Twitter”də açıqlamada, bin Ladenin ailəsinə başsağlığı verdiklərini və qəzanın səbəblərini ingilis rəsmiləriylə birlikdə araşdırdıqlarını bildirib.

🎬

Sələf Xəbər: Bin Laden adı əslində Səudiyyə Ərəbistanında böyük bir ailənin adıdır. Bir müsəlman kimi dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik.

Lakin Bin Laden adı ötən əsrin sonları, bu əsrin əvvəli dünya üzrə ən çox haqqında danışılan terror təşkilatı rəhbəri olmuşdur. Sələfilərin terrora və terrorçulara münasibəti böyük alimlərin sözləri ilə hər kəsə məlumdur. Alimlərimiz daima terrorçulardan və terrora aparan fikirlərdən bizi agah ediblər. O cümlədən böyük alimlərimiz Usamə Bin Laden və onun törətdiyi fəsadlar haqqında kəskin etirazlarını bildirmişlər.

Bu linkə keçid etməklə siz alimlərimizin Usamə Bin Laden və əl-Qaidə terror təşkilatı haqqında dedikləri ilə tanış ola bilərsiniz.
http://selefxeber.az/analitika-ve-islam/nufuzlu-islam-alimlerinin-el-qaide-ve-usama-bin-laden-haqqinda-fikirleri

Digər xəbərlər