Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Vaşinqton və Ankara İŞİD məsələsində ortaq məxrəcə gələ biləcəkmi?

İyul 30
17:30 2015

ABŞ və Türkiyə İŞİD-ə qarşı mübarizədə Suriyanın müxalif qruplarına dəstək vermək məsələsində həmfikirdirlər, lakin hansı qruplaşmaya dəstək verəcəklər bu barədə ortaq fikrə gələ bilməyiblər.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, bu haqda Reyters agentliyi yazır. Vaşinqton bu günədək İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizədə Suriya kürdlərinə arxalanırdı. Silah köməyi edirdi. Türkiyə isə terrorçu kürd təşkilatı YPG-nin mövqelərini vurur və ABŞ-ın Suriya kürdlərinə verəcəyi hər hansı dəstəyə etiraz edəcəyini bildirir.

Türkiyə ənənəvi olaraq Bəşər Əsədə qarşı döyüşən müxalif qrupları dəstəkləyir.

Obama administrasiyasından deyiblər ki, türklərlə bir masaya oturub, məsələni yoluna qoymaq lazımdır. Ancaq Suriya müxalifətində elə qruplaşmalar var ki, ABŞ onlarla heç vaxt işləməyəcək.

ABŞ-ın suriyadakı sabiq səfiri Rovbert Fordun deməsinə görə, ABŞ “Əl-Qaidə”yə yaxın silahlı qruplaşmaları Türkiyənin kömək göstərməsini dəstəkləməyəcək. Türkiyə isə əksinə ABŞ-ın dəstək verdiyi Suriya kürdlərinə qarşı çıxır.

Bu gün Türkiyə kürd terrorçularını mövqelərinə növbəti hava zərbələrini endirib. Dünən isə Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, PKK və onunla əlaqəli terrorçu təşkilatlarla sülh danışıqları mümkün deyil.

Sələf Xəbər: Məşhur alim şeyx Əhməd Ən-Nəcmi (Allah ona rəhmət etsin) deyib: “Allaha and olsun ki, İslam xəyanətlə gəlməmişdir, əl altından törədilən partizan qətlləri ilə gəlməmişdir, nümayişlərlə gəlməmişdir və mitinqlərlə gəlməmişdir. Lakin bütün bu işlər məhz qeyri-müsəlmanlardan gəlmişdir. İndi isə öz ehtiraslarının ardınca gedənlər tövhid əhlini öldürməyə və bunun Allah yolunda cihad olduğunu deməyə başladı, lakin onlar Allah yolunda heç bir cihad etmirlər!”

Digər xəbərlər