Zəlzələdə 450 nəfər həyatını itirib – FOTO
752 dəfə baxılıb
Nepalda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı durmadan artır.
Zəlzələ Hindistan və Pakistanda da hiss edilib.
Nepalda baş verən zəlzələ Everestdə uçqun təhlükəsi yaradıb.
“Sələf Xəbər”in ANS PRESS-ə istinadən verdiyi məlumata görə, paytaxt Katmandu yaxınlığında baş verən 7,9 ballıq təkanlar zamanı ölənləri sayı 450-yə çatıb. Onlarla bina dağılıb. Təkanların təsiri ilə bəzi yollar iki hissəyə bölünüb.
Yerin 15 km dərinliyində olan zəlzələnin episentri Katmandudan 77 km şimal-qərbdə olub.
Ölüm halları Katmandu və Bhaktapur bölgələrində qeydə alınıb.
Zəlzələ nəticəsində Katmanduda 19-cu əsrdən qalan tarixi bir qüllə də yıxılıb. Qüllənin dağıntısı altında azı 50 nəfərin olduğu ehtimal edilir.
Əsas zəlzələdən sonra 6,6 bal gücündə ikinci təkan olub.
Təşvişə düşən əhali küçələrə tökülüb, məktəb binalarına sığınıblar.
CNN-nin məlumatına görə, təkanlar Everest dağında uçqun təhlükəsi də yaradıb.
Sələf Xəbər: Xatırladaq ki, zəlzələlərin tez-tez baş verməsi Qiyamət gününün əlamətlərindən biridir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Zəlzələlər çoxalmayana qədər Qiyamət qopmaz”. (əl-Buxari)