Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 22.05.2016

May 22
11:36 2016

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

Azərbaycan Türkiyə və Səudiyyə Ərəbistanı ilə birgə təlimlərdə iştirak edir


“Efes-2016” iyunun 1-də başa çatacaq.
Azərbaycan hərbçiləri Türkiyədə keçirilən “Efes-2016” beynəlxalq təlimində iştirak edirlər.
“Sələf Xəbər” bu barədə Oxu.Az-a istinadən məlumat verir. Daha ətraflı

🌎

Müsəlman ixtiraçı “istilik keçirməyən” hicab icad edib.


22 yaşlı Əhməd Qanem hicab taxan bütün müsəlman qadınların arzusunu həyata keçirmək üçün qeyri-adi bir hicab icad edib.
O, günəş şüalarının 80%-ə qədərini bloklaşdıran, öz-özünü sərinlətməyi bacaran, əzilməyən və yaş olmayan bir material hazırlayıb. Bu qeyri-adi parçanı hazırlamaq üçün müsəlman ixtiraçı 2 il vaxt sərf edib. Hazırladığı hicab kolleksiyasına o, “Quru və sərin” adı verib. Daha ətraflı

🌎

Şaban ayına aid əhkamlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin


Ramazan ayına hazırlıq olaraq şaban ayında müsəlmanın edə biləcəyi əməllər

Birinci: Şaban ayında oruc tutmaq
Oruc tutmaq baxımından şaban ayı digər aylardan fərqlənirmi?
Cavab: Bəli, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) “Şaban ayının əksər günlərini oruc tutardı.”
Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) örnək tutaraq şaban ayında daha çox oruc tutmaq lazımdır. Daha ətraflı

🌎

Türkiyənin yeni baş naziri məlum oldu


Türkiyədə hakim partiyanın lideri və baş nazir kreslosuna əyləşəcək şəxsin adı bəlli olub.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bu gün Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi Qərar və İdarəetmə Şurasının toplantısı keçirilib. Daha ətraflı

🌎

Ramazan ayına hazırsanmı?


Qarşıdan xeyir və bərəkət, Allahın mərhəməti ilə dolu ramazan ayı gəlir. Bu ayı qarşılamaq baxımından insanlar müxtəlif müfhumda düşünürlər. Bəziləri bu ayı yeyib-içmək, müxtəlif şirniyyat və teleproqramlara baxmaq mövsümi edirlər. Ay ərzində hansısa qidadan məhrum olmamaq üçün, yaxud qiymətinin bahalaşacağını düşünərək əvvəlcədən hazırlıq işləri də aparırlar. Daha ətraflı

🌎

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib


“Sələf Xəbər” Trend-ə istinadən məlumat verir ki, Mayın 16-da Vyanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın, ABŞ-ın dövlət katibi Con Kerrinin, Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun, Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezirin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə görüş keçirilib. Daha ətraflı

🌎

Azərbaycana belə lokomotivlər gətiriləcək


İlk müasir lokomotivlər gələn il Azərbaycana tədarük ediləcək.
Fransanın “Alstom” şirkətinin hazırladığı elektrovozların Azərbaycana ilk tədarükü 2017-ci ildə başlayacaq.
Bunu Trend-ə şirkətin kommunikasiyalar üzrə meneceri Zaure Rəhmətova deyib. Daha ətraflı

🌎

Yəməndə kamikadzenin hücumu nəticəsində 41 nəfər ölüb


Yəmənin cənubundakı əl-Mukalla şəhərində terrorçu-kamikadze özünü partladıb. Hadisə polis əməkdaşlarının şəhərin kənarında toplaşdığı mərkəzin yaxınlığında baş verib.
“Sələf Xəbər” AZƏRTAC-a istinadən bildirir ki, hadisə nəticəsində 41 nəfər ölüb, 60 nəfər yaralanıb. Daha ətraflı

🌎

Səudiyyə Ərəbistanının Həcc mərasimi ilə bağlı bəyanatı


Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi Həcc mərasimi ilə bağlı bəyanat yayıb.
Bu ölkənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir ki, Səudiyyə Ərəbistanı həm hökumət, həm bir xalq olaraq qonaqlara xidmət göstərməkdən qürur və şərəf duyur, bütün ölkələrdən gələn Həcc və Ümrə ziyarətçilərinə qulluq göstərməyi özünün ən mühüm islami borcu hesab edir. Daha ətraflı

🌎

Everest artıq dünyanın ən hündür dağ zirvəsi deyil


ABŞ tədqiqatçılarının bildirdiyinə görə, dünyanın ən hündür zirvəsi Everest deyilmiş.
Son məlumatlara əsasən, artıq dünyanın ən hündür zirvəsi Ekvadorda yerləşən Çimboraso dağıdır. Daha ətraflı

🌎

Digər xəbərlər