Everest artıq dünyanın ən hündür dağ zirvəsi deyil
May 21
16:13
2016
15. 551 dəfə baxılıb
ABŞ tədqiqatçılarının bildirdiyinə görə, dünyanın ən hündür zirvəsi Everest deyilmiş.
Son məlumatlara əsasən, artıq dünyanın ən hündür zirvəsi Ekvadorda yerləşən Çimboraso dağıdır.
And dağlarında yerləşən və dəniz səviyyəsindən 6250 metr hündürlükdə olan Çimboraso əslində sönmüş bir vulkandır. Lakin vulkanın hündürlüyü Yerin mərkəzindən ölçüldüyü halda 6384 km təşkil etdiyi üçün dəniz səviyyəsindən 8848 metr hündürlükdə olan Everesti geridə qoyur.
Everest zirvəsi
Çimboraso dağı
Bunun səbəbi isə Yer kürəsinin qütblərdən basıq, ekvatorda isə daha qabarıq olmasıdır. Belə ki, Çimboraso dağı ekvatora daha yaxın, Everest ise daha uzaq məsafədə yerləşir.
Sələf Xəbər: “(O gün) dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla (yerli-yerində) edən Allahın gördüyü işdir. Həqiqətən, O, etdiyiniz (bütün) əməllərdən xəbərdardır!” (Nəml surəsi: 88).