Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 01.05.2016

May 01
12:47 2016

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

Ermənilər Ağdamda 76 ev dağıdıb


Son günlər ərzində ermənilərin atəşkəsi pozması nəticəsində Ağdamın kəndlərində 76 evə ziyan dəyib.
“Sələf Xəbər” Axar.az-a istinadən məlumat verir ki, bunu jurnalistlərə Ağdam rayon icra başçısının müavini Ağa Zeynalov deyib. Daha ətraflı

🌎

Tövhidin növləri – İnfoqrafika


Bəndənin üzərinə düşən ilk məsuliyyət onun Allaha olan imanı ilə bağlıdır.
İnsan Allaha olan imanını düzgün qurmaq üçün mütləq Ona necə etiqad etməli olduğunu bilməlidir. Sizə təqdim etdiyimiz infoqrafikada tövhidin növləri ilə tanış olacaqsınız. Daha ətraflı

🌎

Bu il Həcc ziyarətinin təşkilində dəyişiklik olacaq


Ötən illərlə müqayisədə bu dəfə ki, həcc ziyarəti fərqli şəkildə təşkil olunacaq.
“Sələf Xəbər”in Anspress-ə istinadən məlumatına görə, dəyişikliklərdən biri zəvvarlarımızı Səudiyyə Ərəbistanına daşıyacaq hava nəqliyyatı ilə bağlıdır. Bu vaxta qədər zəvvarların Məkkəyə aparılmasını Azərbaycan Hava Yolları həyata keçirirdisə geri dönüşü Ərəbistana məxsus NAS Hava Yollarının təyyarələri icra edirdi. Daha ətraflı

🌎

XİN Sarkisyanın şərtlərinə cavab verdi


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Ermənistan Prezidenti Serj Sarkisyanın danışıqlarla bağlı irəli sürdüyü 3 şərti şərh edib.
“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, nazir bildirib ki, şərtlərlə bağlı heç nə dəyişməyəcək. Daha ətraflı

🌎

Rusiyanın Hələbi bombalaması nəticəsində 53 dinc sakin ölüb


Rusiyaya məxsus döyüş təyyarələrinin Suriyanın Hələb şəhərindəki ən böyük xəstəxanalardan biri olan “Al-Kuds”ü bombalaması nəticəsində 4-ü həkim olmaqla 53 mülki şəxs həlak olub.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, bombardman nəticəsində ölənlərin çoxu uşaq və qadındır. Daha ətraflı

🌎

Rəcəb və Şaban ayının fəziləti – Şeyx İbn Useymin


Günümüzdə bir çox insanlar hicri təqviminin rəcəb (7-ci ay) və şaban (8-ci ay) ayları haqqında bəzi uydurma və zəif rəvayətlərə əsaslanaraq məxsusi ibadətlər yerinə yetirirlər. Günya ki, rəcəb ayında oruc tutmaq, yaxud şaban ayının on beşinci günü oruc tutmaq, gecəsi namaz qılmaq olduqca savablı, xüsusi əhəmiyyətli əməldir. Daha ətraflı

🌎

İspaniyada kəfənlə basdırılmaq qadağan edilir


İspaniya İslam İcması Birliyi hakimiyyətin İslam dininin qaydalarına zidd olan yeni qanuna qarşı etirazını ifadə edib. Yeni qanuna əsasən, cənazələrin tabutsuz dəfn olunması yasaqlanıb ki, bu da müsəlman ənənələrinə ziddir. Daha ətraflı

🌎

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı


Müdafiə Nazirliyi: Ermənilər mövqelərimizi D-30 tipli haubitsalardan atəşə tutur .
Ermənistan Silahlı Qüvvələri bu gün axşam saatlarından başlayaraq cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutublar. Daha ətraflı

🌎

Ərdoğan: “Terrorun dini, bölgəsi yoxdur”


“Terrora qarşı qlobal ittifaq yaradılmalıdır”.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Daha ətraflı

🌎

Zakir Həsənov Tərtərdə


Ötən gecə erməni silahlı birləşmələrinin cəbhə boyu yaşayış məntəqələrini atəşə tutması nəticəsində Tərtər rayonu ərazisində ümumilikdə 20 evə ziyan dəyib.
“Sələf Xəbər”in ATV.az-a istinadən məlumatına görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov da ziyan dəyən evlərə baxış keçirmək və rayon sakinləri ilə görüşmək üçün Tərtərə gedib. Sakinlərlə görüşən nazir tezliklə işğal altında olan torpaqlarımızın düşməndən azad olunacağını deyib: “Cənab prezidentin rəhbərliyi biz torpaqlarımızı azad edəcəyik”. Daha ətraflı

🌎

Digər xəbərlər