Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Ermənilər Ağdamda 76 ev dağıdıb

Aprel 29
20:00 2016

Son günlər ərzində ermənilərin atəşkəsi pozması nəticəsində Ağdamın kəndlərində 76 evə ziyan dəyib.

“Sələf Xəbər” Axar.az-a istinadən məlumat verir ki, bunu jurnalistlərə Ağdam rayon icra başçısının müavini Ağa Zeynalov deyib.

İcra başçısının müavini qeyd edib ki, həmin evlərin 14-ü tamamilə yararsız hala düşüb.

Qeyd edək ki, son günlər ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini intensiv şəkildə pozurlar. Ermənilər əsasən, dinc əhalini hədəfə alıblar.

Sələf Xəbər: Uca Allahdan torpaqlarımızın düşməndən tezliklə alınmasında xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər