Rusiyanın Hələbi bombalaması nəticəsində 53 dinc sakin ölüb
Aprel 29
17:49
2016
1. 072 dəfə baxılıb
Rusiyaya məxsus döyüş təyyarələrinin Suriyanın Hələb şəhərindəki ən böyük xəstəxanalardan biri olan “Al-Kuds”ü bombalaması nəticəsində 4-ü həkim olmaqla 53 mülki şəxs həlak olub.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, bombardman nəticəsində ölənlərin çoxu uşaq və qadındır.
Xəbərdə bildirlib ki, son 4 gündə bazar və qəsəbələrin bombalanması nəticəsində 150-dən çox mülki sakin həyatını itirib.
Sələf Xəbər: Uca Allahdan müsəlmanlara kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!