HƏFTƏNİN YEKUNU – 25.10.2015
902 dəfə baxılıb
SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.
Həftənin ən vacib xəbərləri
Prezidentin bu fərmanı bolluq və ucuzluğa səbəb olacaq
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bunu parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü, deputat Vahid Əhmədov prezident İlham Əliyevin gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında imzaladığı fərmana münasibət bildirərkən deyib. Daha ətraflı
İbn Useymin: Cümə və şənbə günləri oruc tutmaq – VİDEO
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) cümə və şənbə günü oruc tutmağı qadağan etmişdir.
Bu il aşura gününün orucu cümə və şənbə günlərinə təsadüf etdiyi üçün oxucularımız qadağaya görə oruc tutmaq barədə tərəddüd edir və bu haqda çoxsaylı suallar verirlər.
“Sələf Xəbər” redaksiyası bu suala cavab olsun deyə Şeyx İbn Useyminin məsələyə cavabını sizə təqdim edir. Daha ətraflı
0000
Sabiq nazir Eldar Mahmudovun saxlanması barədə məlumat isə təsdiqlənmir.
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində (MTN) aşkarlanmış qanun pozuntuları ilə bağlı cinayət işi başlanılıb.
“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, hökumətdəki mənbələrdən məlum olub ki, faktla bağlı Xüsusi Dövlət Mühafizə Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.
İstintaq qrupuna baş prokurorun birinci müavini Rüstəm Usubov rəhbərlik edir. Daha ətraflı
“İŞİD hər ay neftdən 50 milyon dollar gəlir götürür”
“Xam neft 35, bəzən isə hətta 10 dollara satılır”.
“İŞİD terror xəvaric qruplaşması nəzarət etdiyi bölgələrdəki neftin satışından ayda 50 milyon dollar gəlir əldə edir”.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İraq kəşfiyyatı məlumat yayıb. Daha ətraflı
Bir qalib var – Azərbaycan və onun sadə vətəndaşları
Prezident İlham Əliyevin Milli Məclisə təqdim etdiyi ölkədə 2 il müddətinə bütün yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsinin ardınca dövlət başçısı xalqın maddi rifahının yüksəldilməsinə yönəlmiş daha bir fərman imzaladı. Daha ətraflı
Peyğəmbər məscidinin xütbələri 6 dildə yayımlanacaq
Mədinədə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) məscidində cümə xütbələri 6 dilə tərcümə ediləcək.
Ərəb, ingilis, fransız, urdu, hausa, çiçeva və türk dilinə tərcümə olunmuş xütbələr radio vasitəsilə Fm tezliklərində yayımlanacaq. Bundan əlavə, müvafiq mətnlər layihənin veb səhifəsində də dərc olunacaq. Bu barədə “The Premium Times” xəbər verir. Daha ətraflı
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsi qəbul edilib
“Sələf Xəbər”in president.az saytına istinadən məlumatına əsasən Prezident İlham Əliyev (Allah onu qorusun) Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisinin etimadnaməsini qəbul edib. Daha ətraflı
Orta Asiya ölkələri arasında ən böyük məscid bu ölkədə tikilir
“Sələf Xəbər” sputnik.az-a istinadən bildirir ki, Orta Asiyanın ən böyük məscidi Qırğızıstanda tikilir. Məscidin ərsəyə gətirilməsini Türkiyə Diyanət Vəqfi öz üzərinə götürüb.
Paytaxt Bişkekdə tikintisi davam edən məscid Mərkəzi Asiyanın ən görkəmli və ən böyük məscidi ünvanını alacaq. Daha ətraflı
Yol qəzası Quran hafizi olmağına səbəb oldu
“Sələf Xəbər”in xarici mənbələrə istinadən məlumatına əsasən 29 yaşlı Hüseyn Bəlğis ən-Naşiri adlı gənc dəhşətli yol nəqliyyat qəzasından sonra Qurani-Kərimi əzbərləməyə müvəffəq olub. Daha ətraflı
“WhatsApp” istifadəçilərinə yeni xəbər var
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, “WhatsApp” proqramı vasitəsi ilə artıq sənəd fayllarını göndərmək mümkün olacaq. Verilən məlumata görə, yazı formasında olan müxtəlif növ materialların digər istifadəçiyə göndərilməsi xidməti yaxın günlərdə aktiv ediləcək. Daha ətraflı