Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Bir qalib var – Azərbaycan və onun sadə vətəndaşları

Oktyabr 24
14:48 2015

Prezident İlham Əliyevin Milli Məclisə təqdim etdiyi ölkədə 2 il müddətinə bütün yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsinin ardınca dövlət başçısı xalqın maddi rifahının yüksəldilməsinə yönəlmiş daha bir fərman imzaladı.

Dövlət başçısının dünən imzaladığı fərman ölkə vətəndaşlarının dəyəri 10 min ABŞ dolları məbləğində olan məhsulları gömrükdə heç bir rüsum ödəmədən keçirməsinə şərait yaradacaq. Eyni zamanda bu fərmandan yetkinlik yaşına çatmayan uşaq və yeniyetmələr də faydalana biləcək. Belə ki, yetkinlik yaşına çatmayanlar 2 min ABŞ dolları məbləğində məhsulu ölkəyə rahat şəkildə keçirə biləcəklər.

Fərmandan da göründüyü kimi, bu qərar yalnız qeyri-kommersiya məqsədləri üçün nəzərdə tutulub və sadə vətəndaşların maddi rifah halını yaxşılaşdırmağa xidmət edir.

Prezidentin əhalinin sosial rifah halının yüksəlməsinə yönəlmiş qərarları bir daha təsdiq edir ki, Azərbaycan iqtisadiyyatı yeni və olduqca mühüm bir mərhələyə keçid alır.

Bu arada vəzifəyə “dədə malı” kimi baxan, vətəndaşları incitməkdən, süründürməçiliyə salmaqdan həzz alan, fəaliyyət göstərdiyi müddətdə qeyri-qanuni yollarla topladığı vəsaitlər hesabına faktiki olaraq oliqarxa çevrilən, Prezidentin ona göstərdiyi etimaddan sui-istifadə edən məmurların cəzalandırılması da diqqətdən kənarda qala bilməz.

Göründüyü kimi, proseslər bir-birini tamamlayaraq zəncirvari şəkildə həyata keçirilir. Və ən əsası, bu prosesdə bir qalib var – Azərbaycan və onun sadə vətəndaşları.

Prezident İlham Əliyev bütün dünyaya mesaj verdi ki, Azərbaycanı zəif, vətəndaşlarını isə gücsüz görmək istəyən xarici dairələr və daxildəki xəyanətkarlar buna nail ola bilməyəcəklər. Onların arzuları bu dəfə də gözlərində qalacaq. Qarşılarında qüdrətli, zəngin, gündən-günə inkişaf edən, təxribatçı meyllərin “ayaq aça bilmədiyi” bir dövləti – Azərbaycanı və Azərbaycan xalqının dəstəyini qazanmış Prezident İlham Əliyevi görəcəklər.
(Trend.az)

Sələf Xəbər: Allahdan bu ümmətin rəhbərlərini, alimlərini və Sünnə üzrə olan mötəbər insanlarını bu qanların axıdılması və şərin dayandırılması uğrunda hər cür cəhdlərdə müvəffəq etməsini diləyirik.

Digər xəbərlər