İŞİD-i Xəzər dənizindən vurdular – VİDEO
Oktyabr 07
19:02
2015
1. 133 dəfə baxılıb
Rusiyanın Xəzər dənizində üzən hərbi gəmilərindən buraxılan raketlərlə Suriyada İŞİD terror xəvaric qruplaşmasının mövqelərinə zərbələr endirilib.
“Sələf Xəbər” “A24.az” istinadən xəbər verir ki, bu barədə Müdafiə naziri Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putin ilə görüşündə deyib.
Şoyqu bildirib ki, İŞİD terror xəvaric qruplaşmasının mövqelərinə Rusiya Federasiyası hərbi gəmilərinin Xəzər dənizi akvatoriyasından endirdiyi zərbələr yüksək səviyyədə dəqiq silahlardan istifadə olunmaqla həyata keçirilib və bütün hədəflər məhv edilib: “Yaraqlılara zərbələr endirmək üçün təyyarələrdən başqa, bu səhər Xəzər donanmasının gəmilərindən də istifadə olunub. 4 raket gəmisi 11 hədəfə 26 qanadlı raket zərbəsi endirib”.
Sələf Xəbər: Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) deyib: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhu usul ət-təfsir)