Sələf Xəbər


SAĞLAMLIQ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Oruc tutarkən ağızdan qoxu gəlməməsi üçün tövsiyə

İyun 24
16:40 2015

Ramazan ayında oruc tutanların çoxu saatlarla ac qaldıqlarına görə, ağız qoxusu problemi ilə qarşılaşırlar.

Ətrafınızı narahat edəcək ağız qoxusu probleminin həlli üçün “Sələf Xəbər” Aile.lent.az-a istinadən bu məsləhətlərə əməl etməyi tövsiyə edir.

İftardan və imsakdan sonra dişlərinizi mütləq fırçalayıb diş ipi ilə təmizləyin. Dili də fırçalamağı unutmayın. Dişləri fırçalayaraq ağız qoxusunun 20%-dən, dili fırçalayaraq isə 80%-dən qurtula bilərsiniz.

Soyuq su ağız qoxusunu artırır. Soyuq qidalar yeməyin, ilıq qidalar qəbul edin.
İmsakda kolbasa, sosiska, ədviyyatlı, sarımsaqlı qidalar yeməyin.

Ramazan ayı boyunca yemək vərdişinin dəyişməsi ilə bağlı günorta və axşam saatlarında mədə öz suyunu ifraz edir. Bu da ağız qoxusuna səbəb olur.

Axşam və günorta saatlarında danışdığınız insandan bir az uzaq məsafədə durun.

İftarda, ya imsakda ədviyyatlı orqanik içkilər, yaşıl çay, ada çayı için.

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Uca Allah buyurur: “Adəmoğlunun bütün əməlləri özü üçündür. Oruc istisna olmaqla, o Mənim üçündür və onun da mükafatını Mən verəcəyəm”. Oruc bir qalxandır. Sizdən biriniz oruclu olduğu gün çirkin söz danışmasın, pis iş görməsin, cahillik etməsin. Əgər kimsə ona söysə “mən orucluyam” desin. Məhəmmədin nəfsi Əlində olan Allaha and olsun ki, oruc tutanın tutduğu oruca görə ağzının iyinin dəyişməsi Allah yanında müşk ətrindən daha xoşdur! Oruclunun iki sevinci vardır: biri iftar etdiyi vaxt, digəri isə Rəbbinə qovuşduqda orucuna görə sevindiyi gündür”. (Buxari)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 980 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 607 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 086 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 620 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 238 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 645 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 437 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 990 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 498 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 966 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN