Saqqal sağlamlıqdır? – Elmi araşdırma
2. 306 dəfə baxılıb
Amerikalı alimlər aparılan tədqiqatlar zamanı belə bir nəticəyə gəiblər ki, saqqallı kişilər üzlərini hər gün təraş edənlərə nisbətən mikrobların təsirinə daha az məruz qalırar.
Amerikada yayımlanan “Hospital İnfection” jurnalında dərc olunan məlumatda bildirilir ki, 408 nəfər saqqallı və saqqalı olmayan tibb işçisi üzərində aparılan tədqiqatlar zamanı məlum olub ki, üzünü təraş edənlərdə bakteriyalar 10 faiz daha çoxdur.
Mütəxəssislər düşünürlər ki, saqqalda olan faydalı bakteriyaların köməyi ilə gələcəkdə mikroblara qarşı xüsusi antibiotiklər hazırlamaq mümkün olacaq.
Sələf Xəbər: Saqqal saxlamaq şəriətimizdə vacib buyurulan əməllərdəndir. Saqqalın qırxılması Allahın yaratdığı sürəti dəyişməkdir. Allah təala şeytanın belə dediyini bizə xatırladır: “Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm!” (ən-Nisa surəsi, 119-cu ayə). Kişinin saqqalını qırxması, öz yaradılışını dəyişmək hesab olunur.
Peyğəmbərimiz (Ona Allahın salavatı və salamı olsun) saqqalın uzadılmasını əmr etmişdir. Hamımızın bildiyi kimi, onun əmri həmin əməlin vacib olmasına dəlalət edir.
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir:“Atəşpərəstlərə müxalif olaraq bığlarınızı kəsin, saqqalınızı uzadın” .
İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) rəvayət edib deyir: “Müşriklərə müxalif olaraq saqqallarınızı uzadıb, bığlarınızı qısaldın”.
Biz iman edirik ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bizə nəyi əmr edibsə onda bizim üçün bir xeyir, nəyi qadağan edibsə onda bizim üçün bir ziyan vardır.