Şəkər xəstəliyindən əziyyət çəkənlərə
Oktyabr 01
16:55
2015
746 dəfə baxılıb
İnsulin inqalyatoru diabet xəstələrini inyeksiyadan xilas edə bilər.
Birinci tip şəkərli diabetindən əziyyət çəkən xəstələrin daimi olaraq istifadə etdikləri insulin inyeksiyasından xilas ola bilərlər. Yaxın vaxtlarda iynə əvəzinə yalnız insulinlə nəfəs almaq kifayət edəcək.
“Sələf Xəbər” XəzərXəbər-ə istinadən məlumat verir ki, Seçenov adına Moskva Dövlət Tibb Universitetində və bir çox Rusiya klinikalarında orqanizmə hormon daşımaq xüsusiyyətlərinə malik inqalyatorun sınaqlarının ikinci mərhələsi başa çatıb. Preparatın effektliyi artıq təsdiq olunub.
Hazırda rusiyalı tədqiqatçılar və həkimlər preparatın real effektivliyini və təhlükəsizliyini sübut edəcək üçüncü, qeydiyyat öncəsi sınaq mərhələsini keçirirlər.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ey Allahın qulları, müalicə olunun. Çünki Allah qocalıqdan başqa dərmansız heç bir xəstəlik verməyib”. (İbn Macə)