18 yaşlı tələbəni çadrasını açmadığı üçün güllələyiblər
1. 084 dəfə baxılıb
İordan çayının qərb sahilində, Hevron şəhərində İsrail ordusunun iki əsgəri ilə polisin davranışı çox böyük qalmaqal yaradıb.
Hevron şəhərindəki nəzarət-buraxılış məntəqələrindən birində yəhudi hərbçilərlə polis gənc tələbə qızı saxlamışdılar.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, qara burkada olan tələbə qıza “üzünü aç, simanı görək” deyilib. 18 yaşlı qız isə “İslam qadına naməhrəm kişilərin qarşısında üzünü açmağı yasaqlayıb, məni günaha vadar etməyin, yalvarıram”, – söyləyib.
Əsgərlər israr ediblər. Onlar avtomatlarını 18 yaşlı Hədel Əl Həşlamuna tuşlayıblar. Hədel ağlayıb.., amma onu dinləməyiblər. Hədel sinirlənib və qarşısında duran polisi sinəsindən itələyib. Yaxınlıqdakı əsgərlərin ikisi də atəş açaraq 18 yaşlı tələbə qızı güllələyib.
Universitet tələbəsi kritik vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlər onu ölümdən qurtara bilməyiblər. Qızın atası Səleh əl Həşlamunun dediyinə görə, Hədel aldığı güllə yaralarından dünyasını dəyişib.
Tələbə qızın dəfni Hevronda İsrailə qarşı kütləvi etiraz aksiyasına çevrilib. İsrail ordusu və polislər aksiyanı dağıtmağa çalışıblar.
Axşam saatlarında isə Hevron yaxınlığındakı kənddə 23 yaşlı fələstinli gəncin meyidi tapılıb. Onu israilli əsgərlər güllələyiblər.
Sələf Xəbər: Xatırladaq ki, İslam qaydalarına əsasən, hicab müsəlman qadınları üçün mütləq geyimdir.
Uca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər…” (Qurani-Kərim, “Əhzab” surəsi, 59-cu ayə)
Uca Allah İslamı alçaltmağa çalışanlar barəsində buyurur: “Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır”. (Qurani-Kərim, “Əhzab” surəsi, 57-ci ayə)
Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını və cinayətkarları cəzalandırmasını diləyirik!