Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Abdullah Gül : “Azərbaycanın inkişafı bizə qürur verir”

Aprel 30
18:03 2015

“Azərbaycanda müşahidə olunan inkişaf bizə qürur verir”.

“Sələf Xəbər” Yenicag-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin 11-ci prezidenti Abdullah Gül deyib. O, ölkəmizin mühüm tədbirlərə ev sahibliyi edəcəyini xatırladıb:

“Bakı tarixi şəhərdir. 19-cu əsrdə neftin tapıldığı önəmli şəhərlərdən biri kimi dünyada böyük şəxslərin diqqətini cəlb edib. Bakı həm də siyasi paytaxtdır və Azərbaycan enerji resursları ilə zəngin ölkədir. Vaxtilə Bakı-Tbilisi-Ceyhan neft boru xətti yuxu kimi görünürdü. Ancaq reallaşdı.

Sonra biz Bakı-Tbilisi-Ərzurum qaz boru xətini reallaşdırdıq. Çəkiləcək TANAP xətti də Azərbaycanı Avropada önəmli enerji mənbəyi olaraq ortaya çıxaracaq. Bakı-Tbilisi-Qars dəmir yol xətti çox önəmli layihədir və bitmək üzrədir. Bunlar Azərbaycan qaynaqlı layihələrdir. Gürcüstan və Türkiyə üzərindən çıxır və bütün Avropaya paylanır.

Dünya bu layihələrə çox önəm verir”.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə)

Digər xəbərlər