Ağdamın ermənilər tərəfindən işğalı Misir mətbuatında
821 dəfə baxılıb
Misirin Yaxın Şərq Xəbərlər Agentliyi, “Əl-Yaum Əs-Sabi”, “Əl-Əhram” və digər internet qəzetləri Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 22-ci ili ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyinin bəyanatını yayıb.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycanın Misirdəki səfirliyindən məlumat veriblər.
Bəyanatda 1993-cü il iyulun 23-də Azərbaycanın Ağdam rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən zəbt olunduğu bildirilir. Qeyd edilir ki, Ağdam rayonunun 882 kvadratkilometri işğal olunub, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşüb. İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edilib. Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törədiblər.
Bəyanatda Ağdamın Qarabağ müharibəsində ən çox şəhid verən rayon olduğu, ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakininin şəhid olduğu diqqətə çatdırılır.
Sələf Xəbər: Uca Allah buyurur: “Möminlər, həqiqətən də qardaşdırlar”. (Qurani Kərim, “Hucurat” surəsi, 10-cu ayə)