Amerikanın başına 3 milyon dollar vəd etdiyi İŞİD lideri öldürülüb
İyul 03
18:03
2015
703 dəfə baxılıb
Pentaqon təmsilçisi Ceff Devis bəyan edib ki, Suriyaya endirilən hava zərbələri zamanı İŞİD xəvaric terror qruplaşmasının əsas liderlərindən biri öldürülüb.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, öldürülən şəxs Tariq ibn Taharə əl Əvni əl Xərzidir.
Vaşinqton bu şəxsin başı üçün 3 milyon dollar mükafat vəd etmişdi.
Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün”.