Azərbaycan MDB-də ən rəqabətə davamlı olması ilə öndədir
648 dəfə baxılıb
Azərbaycan qlobal rəqabətlilik indeksinə görə MBD ölkələri arasında ilk sıradadır.
Dünya İqtisadi Forumunun (“World Economic Forum”) qlobal rəqabətlilik indeksinə görə sıraladığı 140 ölkə arasında Azərbaycan 40-cı yerdə qərarlaşıb. Azərbaycan MDB ölkələri arasında öz birinciliyini yenə də qoruyub saxlayıb.
“Sələf Xəbər” Xəzərxəbər.com-a istinadən xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun yaydığı hesabatda deyilir. Reytinqə görə, Qazaxıstan 42-ci, Rusiya 45-ci, Tacikistan 80-ci, Ermənistan 82-ci, Moldova 84-cü, Qırğızıstan isə 102-ci sırada qərarlaşıb.
Sıralamada ilk üçlükdə isə müvafiq olaraq İsveçrə, Sinqapur və ABŞ yer alıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (Qurani-Kərim, “İbrahim” surəsi, 7-ci ayə)
“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur”. (Bax: “Təfsir Əs-Saadi”)