Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Azərbaycan Prezidenti (Allah onu qüvvətləndirsin) ümrə ziyarətində olub – FOTO

Aprel 07
16:56 2015

Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolanıblar, məsciddə namaz qılıblar.

“Sələf Xəbər” AzərTAc-a istinadən xəbər verir ki, arelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri İslam dünyasının əsas müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olublar.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri xüsusi libas geyinərək Əl-Həram məscidinə gediblər.

Bir neçə mərtəbəli və doqquz minarəli məscid öz gözəlliyi və əzəməti ilə insanı heyran edir.

Ziyarətgahın rəhbərləri dövlətimizin başçısını mehribanlıqla qarşılayıblar.

Azərbaycan Prezidenti İlham Əliyev və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolanıblar, məsciddə namaz qılıblar.

Sonra Səfa və Mərvə təpələrinin ziyarəti başlanıb. Azərbaycan Prezidenti və ailə üzvləri bu iki təpə arasındakı məsafəni yeddi dəfə qət ediblər.

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bu torpaqda doğulub, peyğəmbərliyə çatıb, İslam dini Məkkədə yaranıb. Məkkədəki Allah evi Kəbə Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) dövründən başlayaraq bütün dünya müsəlmanlarının müqəddəs ziyarətgahına çevrilib. Sonralar Kəbə və müqəddəs “Zəmzəm” çeşməsi, Səfa və Mərvə təpələri arasında əzəmətli məscid tikilib. Hər il Həcc ziyarəti zamanı dünyanın ən müxtəlif guşələrindən gələn milyonlarla müsəlman Kəbənin ətrafına dolanır, Qara daşı öpür, məsciddə namaz qılır.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Kəbəyə daxil olublar, orada namaz qılıblar.

Ayə və hədislərdən də bəlli olduğu kimi, Kəbə Yer üzündə insanlar üçün məbəd olaraq tikilən ilk evdir. Aləmlərə uğur, bərəkət və hidayət qaynağı olaraq qurulan Kəbə haqqında Allah-Təala “Qurani Kərim”in “Ali İmran” surəsində belə buyurur: “Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yol göstəricisi kimi, insanlar üçün ilk qurulan ev Məkkədədir. Orada aydın nişanələr-İbrahimın məqamı var. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar…”. Tarix boyu bir çox dəyişikliklərə məruz qalan Kəbə müxtəlif dövrlərdə qismən, ya da tamamilə yenidən inşa olunub və bugünkü möhtəşəmliyinə çatıb.

Ümrə ziyarəti başa çatdıqdan sonra dövlətimizin başçısı Əl-Həram məscidini seyr edib.

Azərbaycan Prezidentinə məscid haqqında ətraflı məlumat verilib.

📷

umra-ilham-aliyev-1 umra-ilham-aliyev-2 umra-ilham-aliyev-4 umra-ilham-aliyev-8 umra-ilham-aliyev-9 umra-ilham-aliyev-12 umra-ilham-aliyev-14 umra-ilham-aliyev-17 umra-ilham-aliyev-18 umra-ilham-aliyev-22 umra-ilham-aliyev-24 umra-ilham-aliyev-26

Sələf Xəbər: Uca Allah buyurur: “Allah üçün həcc və ümrəni tam yerinə yetirin”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 196-cı ayə)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bir ümrə, digər ümrəyə qədər baş verən günahların bağışlanması deməkdir”. (əl-Buxari)

Digər xəbərlər