Azərbaycan sərhədçiləri İŞİD-çini saxlayıb
779 dəfə baxılıb
DSX əməliyyat keçirib.
Oktyabrın 15-də Zaqatala rayonunun Uzunqazmalar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Beyləqan rayonu I Şahsevən kənd sakini, 1990-cı il təvəllüdlü Şirinov Babək Pərviz oğlu saxlanılıb.
“Sələf Xəbər”in Oxu.Az-a istinadən xəbərinə görə, Dövlət Sərhəd Xidməti mətbuat mərkəzindən verilən məlumatda araşdırma zamanı müəyyən edilib ki, əvvəllər Suriya ərazisində İŞİD terror xəvaric qruplaşmasının tərkibində döyüşmüş B. Şirinovun məqsədi dövlət sərhədini pozaraq Gürcüstana, oradan Türkiyəyə və daha sonra Suriyaya keçərək İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq olub.
Keçirilmiş əməliyyat-axtarış nəticəsində sərhəd pozucusuna vasitəçilik etmiş Zaqatala rayonunun Əliabad kənd sakini Şamxalov Əfqan Niyazi oğlu da saxlanılıb.
Oktyabrın 18-də Ağstafa rayonunun Sadıxlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycana qaçaqmal gətirilməsi cəhdinin qarşısı alınıb. Sərhəd naryadı tərəfindən təqib olunan sərhəd pozucusu iki bağlamada Çin istehsalı olan 254 ədəd mobil telefonu hadisə yerində ataraq geri qaçmağa müvəffəq olub.
Oktyabrın 20-də Ağstafa rayonunun ərazisində yerləşən “Dəmirtəpə” sərhəd zastavasının xidməti sahəsində Qazax rayon sakini Məmmədov Elsevər Rasim oğlu Gürcüstandan Azərbaycana 30 baş iribuynuzlu mal-qara gətirərkən saxlanılıb.
Hər üç fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sələf Xəbər: Nüfuzlu alim Əbdül Mühsin əl-Abbada (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.
Şeyx cavab verdi: “Həqiqətən, Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı”.