Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq
849 dəfə baxılıb
Ceyms Uorlik: “Biz tərəflər arasında dialoqu intensivləşdirməyə razılaşdırmışıq”.
ATƏT-in Minsk qrupunun çağırışında Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevin və Serj Sarkisyanın görüşünün təşkili məsələsi durur.
“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, bunu ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri Ceyms Uorlik bildirib.
O, Azərbaycan mətbuatına müsahibəsində deyib ki, biz tərəflər arasında dialoqu intensivləşdirməyə razılaşdırmışıq. Ümidvaram ki, prezidentlər arasında növbəti görüş bu il olacaq. Mən danışıqların dalana dirənməsi fikri ilə razılaşmıram.
C.Uorlik deyib: “İlham Əliyev və Serj Sarkisyan müharibə istəmirlər. İndiyədək baş tutan bütün danışıqlar prosesində münaqişənin sülh yolu ilə nizama salınması üçün imkan yaransa da, lakin bundan səmərəli istifadə edilməyib. İndi bunun üçün yeni imkan yaranıb və bundan səmərəli istifadə etmək lazımdır”.
Xatırladaq ki, Azərbaycan və Ermənistan Prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında son görüş ötən il oktyabrın 27-də Parisdə baş tutub. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər.
Sələf Xəbər: Uca Allah buyurur: “Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir”. (Qurani-Kərim, “Ənfal” surəsi, 61-ci ayə)
Nüfuzlu Quran təfsirçisi, Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Sənin əleyhinə döyüşən kafirlər sülh müqaviləsi imzalamaq və döyüş əməliyyatlarına son qoymaq istəsələr, sən də sülh müqaviləsi imzalamağa razılaş və Allaha təvəkkül et! Həqiqətən, sülh sazişi bağlamaq böyük fayda gətirə bilər.
Birincisi, müsəlmanlardan həmişə sülhə və əmin-amanlığa can atmaq tələb olunur və əgər kafirlər birinci olaraq sülh bağlamaq arzusunu bildirirlərsə, müsəlmanlar bu təşəbbüsü müdafiə etməlidirlər.
İkincisi, döyüş əməliyyatlarına son verilməsi müsəlmanlara öz qüvvələrini toplamağa və zərurət yarandıqda növbəti döyüşlərə hazırlaşmağa imkan verir.
Üçüncüsü, sülh müqaviləsi imzalandıqdan sonra, düşmənçilik edən tərəflər bir-birini hədələməkdən vaz keçirlər və bir-birilərinin baxışları ilə daha yaxşı tanış ola bilərlər. İslam həmişə digər dinlərdən üstünlük əldə edir və heç bir din ona qalib gəlməyə qadir deyil. Buna görə hər bir ağıllı və sağlam düşüncəli insan İslam dinini qərəzsiz öyrənərsə, hökmən başqa dini əqidələrdən məhz ona üstünlük verər, axı İslam özünün gözəl hökmləri və müdrik qadağaları ilə fərqlənir, məxluqlara ədalətli və mehriban münasibət bəsləməyi öyrədir. Bu dində zülm etməyə və sıxıntı verməyə yer yoxdur və buna görə sülh sazişinin bağlanması İslamı qəbul etmək və ona etiqad göstərmək istəyənlərin sayının artmasına səbəb olur. Bu isə o deməkdir ki, sülh şəraitində yanaşı yaşamaq müsəlmanlara kafirlər üzərində qələbə çalmağa kömək edir”. (Bax: “Təfsir Əs-Saadi”)