Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Azərbaycanda 7 bal gücündə zəlzələ baş verdi

Sentyabr 04
15:02 2015

Azərbaycanda bu gün səhər saatlarında baş verən zəlzələ nəticəsində Oğuz və Şəki rayonlarında bir sıra yaşayış məntəqələrindəki evlərdə çatlar əmələ gəlib.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, Oğuz rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Etibar Yusifov Şəki-Zaqatala bürosuna bildirib ki, ilkin məlumata görə, rayonun Padar, Muxas, Qarabulaq, Kərimli kəndlərində bir sıra köhnə tikililərdə iri və xarda çatlar yaranıb. Bir neçə evin divarında isə azmiqyaslı uçma halları baş verib.

Şəki rayonunun icra qurumlarından da bildirilib ki, zəlzələnin episentrinə yaxın ərazilərdə – Turan qəsəbəsi, Sarıca kəndi və s. köhnə tikililərdə çatlar yaranıb.

Hər iki rayonun FHK əməkdaşları həmin ərazilərə ezam olunub, evlərə baxış keçirilir.

Zəlzələ nəticəsində Ağdaş rayonunda da evlərə yardımçı tikililərə ziyan dəyib. Bir neçə evin divarında çatlar əmələ gəlib, bəzi yerlərdə hasarlarda uçma olub.

Ağdaş rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-nın yerli bürosuna verilən məlumata görə, zəlzələ zamanı həyacan keçirən bəzi vətəndaşlar həkim yardımı üçün müraciət edib.

Müraciət edənlərin bir çoxu şəkər, təzyiq və ürək xəstələridir.

Qeyd edək ki, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ bu gün saat 09.49-da Şəki ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 7 bala qədər, respublikanın ətraf rayonlarda 6-5-4 və 3 bala qədər hiss olunub.

Zəlzələ 13 km dərinlikdə baş verib.

Zəlzələ Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən, Qəbələ, İsmayıllı, Tovuz, Salyan, Sabirabad rayonlarında, Şirvan və Mingəçevir şəhərlərində də hiss olunub.

Qeyd edək ki, həmin saatlarda Gürcüstan ərazisində də zəlzələ baş verib.

Sələf Xəbər: Xatırladaq ki, zəlzələlərin tez-tez baş verməsi Qiyamət gününün əlamətlərindən biridir. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Zəlzələlər çoxalmayana qədər Qiyamət qopmaz”. (əl-Buxari)
Uca Allahdan xalqımıza komək olmasını diləyirik. Amin!

Digər xəbərlər