Azərbaycanda “nurçu”luğu təbliğ edənlər tutulub – VİDEO
1. 096 dəfə baxılıb
Azərbaycanda “nurçu”luğu təbliğ edən 85 nəfər saxlanılıb.
“Sələf Xəbər” APA.tv-yə istinadən bildirir ki, sentyabrın 19-da Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi və Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Əsədovun X.Mustafayev küçəsindəki evində “Nurçu” dini təriqətini təbliğ etdikləri üçün 85 nəfər saxlanılıb.
Evə baxış zamanı 3000 ədəd yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülüb.
Onlardan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 300-cü, 5 nəfər barəsində isə 299.0.2-ci maddələri ilə protokol tərtib edilərək buraxılıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 103-cü ayə)
Bu ayə onu göstərir ki, müsəlmanlar birləşməlidir, cərəyanlara və təriqətlərə bölünmək onlara qadağandır. Təəssüf ki, bizlər bu gün müsəlmanların bir-biri ilə ədavətdə olan müxtəlif firqələrə və cərəyanlara bölünməsini müşahidə edirik.
Hər bir təriqətin dini məsələlərin bir çoxuna fərqli yanaşması olduğu halda müsəlmanlar necə birləşə bilərlər? Cavab yuxarıda verilən ayədədir: “Hamınız Allahın ipindən möhkəm yapışın!” Bu necə bir ipdir? Bu ip elə Allahın həqiqi dini – İslamdır. Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) və onun səhabələrinin etiqad etdiyi İslam.
Səhih hədislərin birində rəvayət olunur ki, Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) ümmətinin yetmiş üç qrupa bölünəcəyini və onların birindən başqa hamısının yanlış yolda olacağını qabaqcadan xəbər vermişdir. Ondan onların kim olması barədə soruşduqda, o “Onlar mənim və səhabələrimin olduğu yol ilə gedənlərdir”. (Əhməd)
İslamdakı cərəyanlar və təriqətlər isə yalnız Uca Allahın kamil və tamamlanmış dininə yeniliklərin gətirilməsi səbəbindən meydana çıxıb, halbuki, İslam özünün ilkin halında olduğu kimi etiqad edilməlidir.
Uca Allah buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim”. (Qurani-Kərim, “Maidə” surəsi, 3-cü ayə)
Buna görə, məhz bəzi müsəlmanların əsl İslama gətirdiyi yeniliklər müsəlmanların bir hissəsinin ilkin İslama etiqad etməyi tərk etmələrinə xidmət etdi. Müsəlmanlar dərk etməlidir ki, onlar Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) və onun şanlı səhabələrinin etiqad etdiyi həqiqi İslama dönmədikcə heç vaxt öz fikir ayrılıqlarını tərk edə və birləşə bilməyəcəklər.
Uca Allahdan bütün müsəlmanları haqq üzərində birləşdirməsini diləyirik!