Azərbaycanlı zəvvarlar sabah Məkkədə olacaqlar
676 dəfə baxılıb
Zəvvarların səhhətində heç bir problem yoxdur.
Azərbaycanlı zəvvarlar sabah axşam Məkkə şəhərinə yola düşəcəklər.
“Sələf Xəbər” ANS PRESS-ə istinadən bildirir ki, Azərbaycan zəvvarlar qrupu ilə yola çıxan Hacı Həmdullahın verdiyi məlumata görə, zəvvarlarımız hal-hazırda Mədinə şəhərinə çatıblar. Sabah axşam isə Məkkəyə yola düşəcəklər.
O bildirib ki, azərbaycanlı zəvvarların səhhətində heç bir problem yoxdur. “Hər şey normaldır. Zəvvarlarımız özlərini yaxşı hiss edir. Hal-hazırda Mədinədə 35-37 dərəcə hava temperaturu hökm sürür. Bu hava temperaturu isə bu yerlər üçün səciyyəvidir”, – deyə azərbaycanlı zəvvar fikrini yekunlaşdırıb.
Bundan əlavə o qeyd edib ki, Məkkədə baş verən kran qəzasında azərbaycanlı zəvvarlar olmayıb.
Sentyabrın 11-i Məkkə şəhərindəki Əl-Həram məscidində təmir və restavrasiya işləri üçün nəzərdə tutulan böyük kranlardan biri aşıb. Həcc mövsümü və cümə günü olduğundan məscid ərazisində böyük izdiham olub və hadisə nəticəsində 107 zəvvar həlak olub. Bundan başqa 238 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 97-ci ayə)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İslam beş (əsas) üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına və Məhəmmədin Onun Elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evinə həcc etmək, Ramazan orucunu tutmaq”. (Buxari)