Bakı təhlükəsizlik siyahısında
847 dəfə baxılıb
Azərbaycanın paytaxtı bir çox sahələr üzrə 50-dən yuxarı bal toplayıb.
Bakı dünyanın təhlükəsiz şəhərlərdən biridir.
“Sələf Xəbər” ANS PRESS-ə istinadən bildirir ki, reytinqə əsasən Azərbaycanın paytaxtı 100 baldan mümkün olan 62,3 bal yığıb. Bu isə dünya şəhərlər arası 103-ci yer təşkil edir. Sabitlik və təhlükəsizlik üzrə Bakı 65 bal alıb, səhiyyə – 66,7 bal, ekologiya və məniyyət üzrə – 60,6 bal, təhsil səviyyəsi – 75 bal, infrastruktur üzrə isə 50 bal.
Bakıİstanbulu (113-cü yer, 57,8 bal), Tehranı (130-ci yer, 47,2 bal) və Kiyevi (132-ci yer, 43,4 bal) qabaqlamağı bacardı. Liderlərin üçlüyinə Melburn (97,5 bal), Vyana (97,4) və Vankuver (97,3) düşüb. Dəməşqlə (29,3) reytinq bitir.
Kiev şəhəri
Siyahıya Rusiya şəhərləri də daxil oldular. Sankt-Peterburq 77 yeri (74,1bal) tutub, Moskva şəhəri isə- 81-ci yeri ( 72,8 bal). Qazaxstanın Almatı şəhəri 100-ci (65,3bal) yerdə qeyda alınıb.
Moskva şəhəri
EIU-nun elektron resursunun səhifələrində qeyd edilir ki, orta hesabla bütün dünyada həyat tərzi 1% enib. Bu isə 2,2% sabitlik və təhlükəsizlik kimi aspektlərinin azalmasını təşkil edir.
“Global Liveability Rankinq 2015” məruzəsi dünya şəhərlərin həyat üçün yararlığı üzrə reytinq tətbiq edib.
Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir. Məhz buna görə İbrahim Peyğəmbər (ona salam olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 126-cı ayə)