Bakıda Ərdoğan və Putinin mühüm görüşü olacaq
729 dəfə baxılıb
Rusiya və Türkiyə prezidentlərinin Bakı görüşündə energetikaya dair ortaq layihələr və Suriyadakı situasiya müzakirə ediləcək.
“Sələf Xəbər”in Avropa.info-ya istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Həqiqətən də, bu kifayət qədər mühüm görüşdür. Birincisi, onlar (prezidentlər –red.) çoxdandır ki, görüşmür. Rusiya və Türkiyə isə ticari-iqtasi, investisiya, həmçinin ən müxtəlif sahələr üzrə ortaq layihələr üzrə çox mühüm tərəfdaşdır. Odur ki, iki ölkə başçısının hər bir görüşünün gündəliyi genişdir, ələlxüsus da, Türkiyədə keçirilən parlament seçkilərindən sonra” – deyə Peskov bildirib.
“Əlbəttə ki, saatları yoxlamaq və regional məsələlərlə bağlı heç də sadə olmayan situasiyaya dair fikir mübadiləsi aparmaq lazım gələcək. Söhbət Suriyadakı vəziyyətdən və şübhəsiz ki, bizim iki ölkə arasında qarşılıqlı iqtisadi-ticari əlaqələrdən, həmçinin də iri layihələrə dair birgə işlərlə əlaqədar məsələlərdən gedir”- Rusiya prezidentinin sözçüsü əlavə edib.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!