Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

BƏƏ-nin vitse-prezidenti Azərbaycana səfərə gəlir

Aprel 01
18:32 2015

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmirliyinin hakimi Şeyx Məhəmməd Bin Rəşid əl-Maktumun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.

“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı Səfirliyindən məlumat verilib. Səfər zamanı Seyx Məhəmməd Bin Rəşid əl-Maktumu Kabinet işləri, İqtisadiyyat, Xarici İşlər üzrə dövlət naziri və digər yüksək rütbəli şəxslər müşayiət edəcək.

İki günlük səfər çərçivəsində Azərbaycanda dövlət başçısı və digər rəsmi şəxslərlə görüşlər gözlənilir.

Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər