Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Cəsur Azərbaycan Əsgəri

Aprel 03
12:16 2016

Aprel ayının 2-si gecə saatlarından etibarən cəbhədə vəziyyət gərginləşmiş, işğal olunmuş ərazilərdən dinc əhali qəfil atəşə məruz qalmışdır. Lakin müdrik rəhbərliyin və cəsur əsgərlərimizin sayəsində düşmən layiqli cavabını almış və bundan sonra da alacaqdır.

“Müdafiə Nazirliyinin rəsmi məlumatında deyilir ki, döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.”

Cəbhə xəttində gərginlik hələ də davam etməkdədir. Biz inanırıq ki, ölkəmizin qüdrətli ordusu Allahın izni ilə Qarabağ torpaqlarını azad etməyə tam qadirdir. Biz bu işdə Allahdan ölkə rəhbərliyinə müvəffəqiyyət, doğru qərar, ordumuza səbat və qələbə diləyirik.

“Sələf Xəbər” redaksiyası: Döyüşlərdə şəhid olanlara Allahdan bağışlanma diləyir, xəsarət alanlara isə şəfa istəyirik.
Ey vətənimizin qəhrəman əsgərləri bilin ki, uca Allah Qurani-Kərimdə düşmən qarşısında sabitqədəm olanları belə tərif edir: “Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!” (əs-Saff surəsi, 4-cü ayə).

Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) isə hədisdə sizi belə müjdələmişdir: “Allah yolunda bir gün keşik çəkmək, dünya və onun içərisindəkilərdən daha xeyirlidir…” (Tirmizi rəvayət etmişdir).

Allah vətənimiz Azərbaycanı düşmənin hiyləsindən qorusun, işğal olunmuş ərazilərimizi qaytarmaqda bizə yardımçı olsun… Amin!

Sələf Xəbər redaksiyası

Digər xəbərlər