Davudoğlu: Türkiyə daima qardaş dövləti dəstəkləyəcək
May 06
14:07
2015
684 dəfə baxılıb
“Türkiyə Cənubi Qafqaza sülhün əldə olunması üçün hər şey edəcək”.
“Sələf Xəbər” “AzVision.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Baş naziri Əhməd Davudoğlu bildirib.
Baş nazir vurğulayıb ki, Azərbaycan və Türkiyə qardaş dövlətlərdir və rəsmi Ankara daima qardaş dövləti dəstəkləyəcək.
“Türkiyə gələcəkdə də Azərbaycanı dəstəkləyəcək. Çünki bizi yalnız iqtisadi layihələr yox, həm də tarixi köklər birləşdirir”, – deyə Davudoğlu qeyd edib.
Sələf Xəbər: Uca Allah buyurur: “Möminlər, həqiqətən də, qardaşdırlar”. (Qurani-Kərim, “Hucurat” surəsi, 10-cu ayə)