Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Deputat: “İŞİD-i hansısa bir etnik amildə götürməyi çox yanlış sayıram”

İyun 19
17:24 2015

“İraq-Şam İslam Dövləti” terror xəvaric qruplaşmasının milli-etnik tərkibini aydınlaşdırmağa o qədər də ehtiyac yoxdur. Orada dini əqidəsinə görə bütün etiqadlılar var. İŞİD terror xəvaric qruplaşmasını bir millətin və ya bir dinin bayrağının altına toplaşdığını iddia eləmək yanlışdır. İŞİD terror xəvaric qruplaşması nə İslamı, nə də kürdləri təmsil eləyir”.

“Sələf Xəbər” bildirir ki, bunu Modern.az saytına deputat Zahid Oruc deyib. Onun sözlərinə görə, Suriyada və İraqda yaranmış vəziyyət böyük mənada dünya üçün, regional mənada isə Yaxın Şərqin gələcək həyatına çox böyük təhlükələr törədir: “Ona görə də İŞİD fenomeni, sadəcə, bir dini təsisat və xilafət quruculuğu yolunda həyata keçirilən amansız terror işləri deyil. Bunun bilavasitə sifarişli dairələri var. Vaxtilə Bağdadiyə, sonrakı qüvvələrə yol xəritəsini ötürən, onların timsalında Yaxın Şərqin həyatını təhdid edən siyasəti hazırlayanlar var.

Əlbəttə, ilk dövrdə bunu Türkiyənin üzərinə yıxmağa çalışdılar. Çünki bəzi qüvvələr Bəşər Əsəd əleyhinə hazırlanarkən Türkiyə ərazilərindən istifadə edilmişdi. Bunu da avtomatik olaraq hökumətə bağlamağa çalışdılar. Guya İŞİD terror xəvaric qruplaşması Türkiyədən idarə olunur məsələsini beynəlxalq mediayaya və siyasi ofislərə daşıdılar. Sonra isə bu alınmadı. Bəlli oldu ki, İŞİD terror xəvaric qruplaşması arxasında dayanan qüvvələr daha böyükdür.

PKK-çıların və kürd peşmərgələrinin yerləşdikləri ərazilərdə İŞİD terror xəvaric qruplaşması ilə toqquşma da qaçılmaz idi. Çünki İraq, ümumiyyətlə Kürdüstan adlanan məkanların hamısına İŞİD terror xəvaric qruplaşması qüvvələrini yeritmək, oradakı hakimiyyəti bərqərar eləmək istəyirdilər. Ona görə də onların arasında savaş indiyə kimi davam edir.

Mənim aləmimdə İŞİD, sadəcə, bir layihədir. Zamanı gələndə onun nəfəsini kəsəcəklər. Bununla da onu sıradan çıxaracaqlar. Amma “Əl- Qaidə” və Taliban kimi İŞİD terror xəvaric qruplaşması da izlərini uzun müddət qoyacaq. Çünki İslam dövlətini qurmaq istəyən kimsələr həmişə İŞİD modelinə müraciət edəcəklər. Çox təəssüf ki, o model də müsbət deyil. Həmin təcrübə yalnız insanların qanının axıdılmasından ibarətdir. Bu mənada mən İŞİD terror xəvaric qruplaşmasını hansısa bir etnik amildə götürməyi çox yanlış sayıram”.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların -İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər