Deputatdan həmsədrlərə: “Siz arxayın danışırsınız, çünki torpağınız işğal olunmayıb”
643 dəfə baxılıb
“Siz işğalı törәdәnlә, işğala mәruz qalanı fәrqlәndirmәlisiniz”.
“Dağlıq Qarabağ probleminin hәllini gәnc nәslin ixtiyatına buraxmamalısınız”.
“Siz arxayın danışırsınız. Çünki eviniz yanmayıb, torpağınız işğal olunmayıb. Dağlıq Qarabağ sakinlәri isə 20 ildәn artıqdır, öz torpaqlarına qayıda bilmirlər”.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu Xocalıdan olan millәt vәkili Elman Mәmmәdov ATӘT-in Minsk qrupu hәmsәdrlәri ilə “Dağlıq Qarabağın azәrbaycanlı icması” İctimai Birliyində keçirilən görüşdә deyib.
E. Məmmədov bildirib ki, o vә onun kimi digәr mәcburi köçkünlәr həmsədrlərin 20 ildәki fәaliyyәtindәn narazıdırlar: “Bu müddәtdә nә 1 sm torpaq işğaldan azad olunub, nә dә bir insan öz torpağına qayıdıb. Bu o demәkdir ki, sizin fәaliyyәtiniz sәmәrәsizdir. Siz özünüz dә bilirsiniz ki, bu belədir. İnanmıram ki, sizin fəaliyyәt nәticәsindә bu mәsәlә hәll olacaq. Sәbәb dә odur ki, sizin dövlәtlәrin Cәnubi Qafqazda öz maraqları var. Bu problemlәrin hәllindә hәmin mәnafelәr tәmin olunmur. Siz heç zaman eyni fikrә gәlib bu mәsәlәni hәll edә bilmәyәcәksiniz. Nә qәdәr ki, biz sağıq gәrәk görüşlәr tәşkil edәk, oralara gedәk. Çünki biz orada yaşayan ermənilərlə bir-birimizi tanıyırıq. Siz bu problemin hәllini gәnc nәslin ixtiyarına buraxmamalısınız. Bәzәn yazılarınızdan elә anlaşılır ki, sanki ermәnilәr kimi düşünürsünüz. Amma işğala mәruz qalan Azәrbaycandır. Siz işğalı törәdәnlә, işğala mәruz qalanı fәrqlәndirmәlisiniz”.
Sələf Xəbər: İkinci xəlifə Ömər ibn Xəttab (Allah ondan razı olsun) demişdir: “Biz elə bir ümmətik ki, Allah bizi İslam ilə izzətləndirib. Əgər biz İslamdan qeyrisində (qərbdə, avropada) izzət axtarsaq, Allah bizi zəlil edər”. (“Müstədrək Hakim”)
Uca Allahdan torpaqlarımızın düşmənlərdən azad olunmasında xalqımıza kömək etməsini və cinayətkarları cəzalandırmasını diləyirik.