Düşmən Qarabağı xristianlaşdırmaqda davam edir – FOTO
İyun 25
15:33
2015
888 dəfə baxılıb
Xankəndidə böyük kilsə tikilir.
Erməni separatçıları Azərbaycanın işğal altında olan Xankəndi şəhərində böyük kafedral kilsə inşa edirlər.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, iyunun 24-də qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Bako Saakyan tikinti meydançasına baş çəkib və aparılan işlərlə tanış olub.
Bu kilsənin tikilməsini erməni separatçılarının Azərbaycanın işğal olunmuş ərazilərinin xristianlaşdırılması istiqamətində növbəti addımı hesab etmək olar.
Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)
Uca Allahdan xalqımıza torpaqlarımızı geri almaqda kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!