Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Əfqanıstanda 54 Taliban üzvü təslim oldu

Avqust 29
17:19 2014

“Sələf Xəbər” “Turkiye” xəbər agentliyinə istinadən bildirir ki, Əfqanıstanın Badğis və Bağlan vilayətlərində Taliban hərəkatının 54 üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.

Badğis Sülh Proqramının Baş katibi Məhəmməd Əkbər Hotak açıqlamasında bildirib ki, təşkilatdan ayrılan 24 üzvü silahları ilə təslim olub.

Keçmiş talibanlıların daha əvvəl müxtəlif aktlarda iştirakının təsdiqləndiyini bildirən Hotak, bu şəxslərin bundan sonrakı müddətdə təhlükəsizlik qüvvələrinə kömək edəcəklərini, dövlət tərəfindən müəyyən miqdarda pul köməyi alacaqlarını əlavə edib.

Bağlan Sülh Proqramının rəhbəri Əbdussaməd Estanikzey də, 30 Taliban üzvünün silahlarını təslim edərək Sülh proqramına qoşulduğunu bildirib. Estanikzey vurğulayıb ki, bu Bağlanın təhlükəsizliyi üçün çox əhəmiyyətli hadisədir. Sülh Proqramının rəhbəri digər talibanlıları da döyüşü dayandırıb, proqrama qoşulmağa səsləyib.

Qeyd edək ki, Sülh Proqramı başladıqdan sonra ölkə daxilində minlərlə Taliban üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.

 Sələf Xəbər: “Əbubəkr” məscidinin dini icmasının başçısı Qamət Süleymanov Taliban hərəkatı barəsində soruşulub, cavab olaraq o deyib: “Taliblər, ümumiyyətlə, sufidirlər. Bu cərəyan “dübəndilər” adlanır. Onların sələflərə heç bir aidiyyəti yoxdur. Onların mübarizəsi cihad deyil. Bu yalnız partiyalar arasında mübarizədir. Bu partiyalardan hər birini müəyyən bir ölkə dəstəkləyir. Orada məsələ heçdə dinə deyil, siyasətə aiddir.”

Digər xəbərlər